​Tükiyənin enerji və təbii ehtiyatlar naziri TANAP-ın inkişaf etdirilməsindən danışıb

​Tükiyənin enerji və təbii ehtiyatlar naziri TANAP-ın inkişaf etdirilməsindən danışıb "Avropa Birliyinin 28 dövlətinə enerji sahəsində yardım edən 3 dövlətdən biriyik"
Energetika
7 Yanvar , 2015 19:50
​Tükiyənin enerji və təbii ehtiyatlar naziri TANAP-ın inkişaf etdirilməsindən danışıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Moskva ilə Ankara arasındakı əməkdaşlığa görə Avropa Birliyinə üzv dövlətlərlə əlaqələrə son verilməsinə dair deyilənlərin əsassız olduğunu söyləyib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir deyib: "Avropa Birliyinə siyasi səbəblərə görə üzv olmaya bilərik, ancaq enerji məsələsində qurumun 28 ölkəsinə yardım edən 3 dövlətdən biriyik".

"Biz enerjinin dinc məqsədlə istifadəsini istəyirik. Bunu üçün tutarlı bir siyasət yürüdürük. TANAP-ın 45 milyard dollarlıq maliyyə vəsaiti 4 ilə sinxron bir şəkildə ortaqlar arasında bərabər xərclənəcək", - o vurğulayıb.

T.Yıldız ləğv edilən "Cənub axını" layihəsi ilə bağlı isə bildirib ki, AB ölkələri ilə Rusiya arasında bağlanan bu yolu Türkiyə açdı: "Azərbaycanla həyata keçirilən TANAP layihəsinin inkişafı bu istiqamətdə yeni plandır.

Son xəbərlər

Orphus sistemi