Tərtər rayonunun İlxıçılar kəndinə qaz verilib

Tərtər rayonunun İlxıçılar kəndinə qaz verilib Nəticədə 207 abonent qazla təmin olunub
Energetika
22 Aprel , 2016 14:35
Tərtər rayonunun İlxıçılar kəndinə qaz verilib

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Tərtər rayonunun İlxıçılar kəndinə yenidən təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 207 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 922 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi