Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbiri açan TTSİ-nin rəisi Fuad Süleymanov Azərbaycanın 2003-cü ildən dünyanın nüfuzlu Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) tam hüquqlu üzvü seçildiyini xatırladaraq, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrinin milli standartlaşdırma təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini bildirib.
O, beynəlxalq standartların tətbiqinə və qabaqcıl təcrübənin öyrənilməsinə geniş imkanların açıldığını, bununla da SOCAR-ın idarə və müəssisələrində görülən işlərin keyfiyyətinin yüksəldiyini, ətraf mühitin mühafizəsi, xərclərin azaldılması, məhsuldarlığın yüksəldilməsi, prosedurların düzgün qurulması kimi məsələlərdə üstünlük qazandığını, iqtisadi səmərə əldə etdiyini qeyd edib.
Sonra SOCAR üzrə idarəetmə sistemlərinin tətbiqi istiqamətində görülmüş işlərin hesabatı dinlənilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akreditasiya xidmətinin nümayəndəsi Cavanşir Hüseynov Azərbaycanda fəaliyyət göstərən sertifikatlaşdırma orqanlarının fəaliyyətindən danışıb, görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanda idarəetmə sistemləri tətbiq edilmiş 400-dən artıq müəssisə içərisində SOCAR-ın lokomotiv rolunu oynadığını xüsusilə vurğulayıb.
SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən Türk Standartları İnstitutunun Azərbaycan təmsilçisi Selim Çelebi Dövlət Neft Şirkəti ilə sertifikatlaşdırma sahəsində bundan sonra da əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Toplantıda SOCAR-ın istehsalat birliklərinin, idarələrinin nümayəndələri çıxış edib, beynəlxalq standartların tətbiqi istiqamətində görülmüş işlərdən danışıblar.