​Tələbələr Heydər Əliyev adına NEZ-də istehsalat təcrübəsində olublar

​Tələbələr Heydər Əliyev adına NEZ-də istehsalat təcrübəsində olublar İstehsalat təcrübəsi üçün yaradılmış şəraitə görə zavod rəhbərliyinə minnətdarlıq bildirilib
Energetika
28 Avqust , 2015 18:38
​Tələbələr Heydər Əliyev adına NEZ-də istehsalat təcrübəsində olublar

Bakı. 28 avqust. REPORT.AZ/ Avqust ayında M.Lоmоnosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin 13 tələbəsi Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsi keçib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tələbələrin təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırıldığı, daha sonra professor, kimya elmləri doktoru Boqdan Lazoryak və zavodun təcrübə rəhbərləri ilə birgə müəssisənin əsas texnoloji qurğularında istehsalat prosesləri ilə yaxından tanış olduğu, avtomatik idarəetmə sistemi və avadanlıqların iş prinsipləri haqqında məlumatlar əldə etdikləri deyilib.

Tələbələrin istehsalat təcrübəsinin yekunu olaraq zаvodda müəllim və mütəxəssislərin iştirakı ilə təqdimat keçirilib. Zavodun inkişaf tarixi və yaxın gələcəkdə texnoloji qurğuların yenidənqurması, modernizasiyası, eləcə də müasir qurğuların inşası haqda məlumat verilib. İstehsalat təcrübəsinin yekunlarına dair tələbələrin məruzələri dinlənilib, onlar təcrübə rəhbərlərinin və zavodun mütəxəssislərinin suallarını cavablandırıblar. İstehsalat təcrübəsi üçün yaradılmış şəraitə görə zavod rəhbərliyinə minnətdarlıq bildirilib.

Son xəbərlər

Orphus sistemi