Tehranda İranın yeni neft müqavilələri üzrə ikigünlük konfrans başlayıb

Tehranda İranın yeni neft müqavilələri üzrə ikigünlük konfrans başlayıb Forumda yeni hüquqi modeldə potensial tərəfdaşlarla əməkdaşlıq müzakirə olunacaq
Energetika
28 Noyabr , 2015 10:51
Tehranda İranın yeni neft müqavilələri üzrə ikigünlük konfrans başlayıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Tehranda İranın yeni neft müqavilələri üzrə ikigünlük konfrans işinə başlayıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, konfransda 300 şirkət iştirak edir, onlardan da 135-i beynəlxalq neft və qaz şirkəti, o cümlədən Rusiyanın böyük şirkətləridir.

Bu tədbir potensial xarici səhmdarlar və İran İslam Respublikasının tərəfdaşlarına yeni hüquqi baza əsasında neft və qaz, enerji resurslarının istismarı sahəsində əməkdaşlığı izah etmək üçün təşkil olunub.

Qeyd edək ki, konfrans İranın "NAFT Energy" və "Tavana Energy" şirkətlərinin birgə layihəsidir və İranın Neft Nazirliyinin dəstəyilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi