Bakı. 25 may. REPORT.AZ/ Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli ekspert qrupunun üçüncü iclası öz işinə başlayıb.
"Report" "Tehran Times"a istinadən xəbər verir ki, iki gün davam edəcək tədbirdə İƏT-in enerji və yanacaq üzrə Tədbirlər planına dair bəyannamə də daxil olmaqla, qurum çərçivəsində enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.