Tehran Sofiyaya “Nabukko” layihəsinin bərpasını təklif edib

Tehran Sofiyaya “Nabukko” layihəsinin bərpasını təklif edib Bolqarıstan tərəfi hələlik İran səfirinin fikirlərini şərh etməyib
Energetika
1 May , 2015 04:33
Tehran Sofiyaya “Nabukko” layihəsinin bərpasını təklif edib

Baku. 1 May. REPORT.AZ/ İranın Bolqarıstandaki səfiri Abdulla Noruzi bu ölkənin baş naziri Boyko Borisov ilə görüşü zamanı “Nabukko” layihəsinin bərpa edilməsi təklifi ilə çixiş edib.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, sözü gedən görüşdə Bolqarıstanın baş nazirinin müavini Tomislav Donçev, XİN rəhbəri Daniel Mitov və energetika naziri Temenujka Petkova iştirak ediblər.

Səfir Abdulla Noruzi qeyd edib ki, Tehran Bolqarıstanda qazpaylayıcı mərkəz inşa edərək Avropaya təbii qaz nəqlini həyata keçirmək istəyir.

Bolqarıstan tərəfi hələlik İran səfirinin bu açıqlamasına münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi