TAP layihəsi ilə bağlı xəbərlər "Statoil"in səhmlərini bahalaşdırıb

TAP layihəsi ilə bağlı xəbərlər "Statoil"in səhmlərini bahalaşdırıb İtaliyanın "Snam" şirkəti də TAP-da 20% pay almaq istədiyini elan edib
Energetika
3 Sentyabr , 2015 11:36
TAP layihəsi ilə bağlı xəbərlər Statoilin səhmlərini bahalaşdırıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Norveçin "Statoil" şirkətinə məxsus səhmlər dünya bazarında 1,5% bahalaşaraq qiyməti 14,99 ABŞ dolları olub. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bahalaşmanın əsas səbəbi Malayziyanın "Petronas" şirkətinin "Statoil"un Trans-Adriatik Boru Kəməri (TAP) layihəsindəki payının mümkün alınması ilə bağlı xəbərlərin yayılmasıdır.

Qeyd edək ki, ötən gün "Petronas" şirkəti "Statoil"un TAP layihəsindəki iştirak payının tam alınması məsələsini nəzərdən keçirdiyini açıqlayıb.

Xatırladaq ki, bundan öncə İtaliyanın "Snam" şirkəti də TAP-da 20% pay almaq istədiyini elan edib və bu sövdələşmənin təxminən 400 mln. avro civarında olacağını açıqlayıb.

Xatırladaq ki, TAP-ın səhmdarları qismində BP (20%), SOCAR (20%), “Statoil” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi