​TAP kəmərinin inşası üçün yeni tender keçirilir

​TAP kəmərinin inşası üçün yeni tender keçirilir Kəmərin inşası üçün 780 km uzunluğu və 448 min ton çəkisində borular alınacaq
Energetika
18 Dekabr , 2014 15:25
​TAP kəmərinin inşası üçün yeni tender keçirilir

Bakı. 18 dekabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası məqsədilə yeni boru və dirsəklərin alınması üçün ilkin şərtlər irəli sürülüb. "Report" xəbər verir ki, bu tender çərçivəsində alınacaq boru və dirsəklər kəmərin Yunanıstanın Saloniki əraizisndə və Albaniyanın Durres vilayətindən keçən hissəsinə birləşdiriləcək.

TAP-ın satınalmalar üzrə meneceri Knut Şteynar Kvindesland (Knut Steinar Kvindesland) boruların 6 dəfəyə gətiriləcəyini, bununla da şirkətlərə şans verildiyini deyib: "İşləri müəyyən hissələrə bölməklə işçilərin sağlamlığı, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması məsələsini, həmçinin TAP-ın əsas "0 zərər" prinsipini nəzərə almışıq".

Tələb olunan boru və dirsəklərin ölçüsü 48 və 36 düym, boruların ümumi uzunluğu 780 km, ümumi çəkisi isə 448 min ton olmalıdır.

Xatırladaq ki, TAP-ın səhmdarları rolunda BP, SOCAR, "Statoil" (hər biri 20% payla), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi