TAP-ın icraçı direktoru: "2020-ci ildə "Şahdəniz" qazı Avropaya çatdırılacaq"

TAP-ın icraçı direktoru: "2020-ci ildə "Şahdəniz" qazı Avropaya çatdırılacaq" Yan Bredşou: "Nəql olunacaq qazın satış bazarının 40%-i Bolqarıstandadır"
Energetika
3 İyun , 2015 12:15
TAP-ın icraçı direktoru: 2020-ci ildə Şahdəniz qazı Avropaya çatdırılacaq

Bakı. 3 iyun. REPORT.AZ/ Trans-Adriatik boru kəmərinin (TAP) inşası layihəsi çərçivəsində Yunanıstan ərazisində indiyədək 50 minə yaxın torpaq sahəsinin satışı ilə bağlı müqavilə bağlanıb. "Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan TAP-ın icraçı direktoru Yan Bredşou deyib. 

Onun sözlərinə görə, artıq ilk belə müqavilələr Albaniyada da bağlanıb.

"Nəql olunacaq qazın satış bazarının 1/4-i Yunanıstan, 40%-i isə Bolqarıstandadır. Düşünürük ki, 2020-ci ildə "Şahdəniz" qazını Avropaya təhlükəsiz və sıfır zərərlə çatdıracağıq", - deyə Y.Bredşou vurğulayıb.

Son xəbərlər

Orphus sistemi