​TAP-a yeni rəhbər təyin olunub

​TAP-a yeni rəhbər təyin olunub Bu vəzifədə Kyetil Tunqləndi əvəz edən Yan Bradşav fevralın 1-də işə başlayır
Energetika
7 Yanvar , 2015 15:07
​TAP-a yeni rəhbər təyin olunub

Bakı. 7 yanvar. REPORT.AZ/ TAP layihəsinin (Trans-Adriatik Qaz Boru Kəməri) icrası ilə məşğul olan "TAP AG" şirkətinin yeni rəhbəri Yan Bradşav (Ian Bradshaw) fevralın 1-dən vəzifəsinin icrasına başlayacaq. Bu barədə "Report"a TAP-ın mətbuat xidmətindən məlumat verilib.

Layihənin əvvəlki rəhbəri Kyetil Tunqlənd (Kjetil Tungland) isə əsas tərəfdaşlardan olan "Statoil" şirkətindəki 4,5 illik fəaliyyətini başa vuraraq Norveçə dönəcək: "O, 2010-cu ildə fəaliyyətə başlayıb və 2013-cü ilin iyulunda uğurla TAP layihəsini qazana bilib".

Y.Bradşav isə TAP-a yenicə qoşulan "BG Group"da 2005-ci ildən müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bundan öncə o, BG-nin vitse-prezidenti olaraq Avstraliyada QCLNG meqalayihəsini qazanmağa nail olub və ümumilikdə neft-qaz sektorunda 34 illik iş təcrübəsinə malikdir.

TAP-ın yeni rəhbəri Durham Universitetinin mühəndislik fakültəsini bakalavr pilləsi üzrə bitirib və "Shell"in Malayziya, Hollandiya, Böyük Britaniya və Norveçdəki ofislərində çalışıb. 2008-ci ildə isə Kolumbiya Universitetinin ali idarəetmə fakültəsinin məzunu olub.

Xatırladaq ki, BP, SOCAR və "Statoil"un hər biri TAP-da 20%, "Fluxys" 19%, "Enagas" 16% və "Axpo" 5% paya malikdir.

Son xəbərlər

Orphus sistemi