TANAP-ın tikintisi üçün boruların alınması müqaviləsi imzalanıb

TANAP-ın tikintisi üçün boruların alınması müqaviləsi imzalanıb Müqavilələr Türkiyə və Çin şirkətləri ilə bağlanıb
Energetika
15 Oktyabr , 2014 11:21
TANAP-ın tikintisi üçün boruların alınması müqaviləsi imzalanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Turkiyədə "Şahdəniz-2" sahəsindən çıxarılacaq təbii qazın Türkiyə ərazisi ilə Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ana xətt borular və modul dirsəklərinin alınması müqavilələri imzalanıb.

"Report"un xəbər verdiyi kimi, imzalanma mərasimində Türkiyənin baş naziri Əhməd Davudoğlu, energetika və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, boruların tədarükü üzrə tenderin qalibi ''Mannesmann-Noksel-Erciyas'' şirkətlər konsorsiumu, ''Ümran-Emek'' şirkətlər konsorsiumu, ''Tosçelik Profil və Sac Endüstrisi'' şirkəti, habelə Çinin ''Baosteel Europe'' podratçı şirkəti olub.

İmzalanma mərasimində qeyd olunub ki, layihədə təxminən 1 800 km-lik ana xətt borusu üçün açılan tenderin 80%-ni 6 türk şirkət qazanıb. TANAP-da istifadə edilməsi üçün təxminən 1,2 mln. ton polad borunun 1/3-nin təmin edilməsi tenderini ''Borusan Mannesmann'', ''Noksel Çelik'' və ''Erciyas Çelik'' konsorsiumu qazanmışdır.

TANAP boru kəmərinin illik buraxılış gücü 16 mlrd. kubmetr təşkil edəcək, həmin həcmdən 6 mlrd. kubmetr Türkiyəyə tədarük olunacaq. Boru kəməri ilə qazın nəqlinə 2018-ci ildə başlanacaq.

Son xəbərlər

Orphus sistemi