​TANAP və Kırşehir vilayəti arasında protokol imzalanacaq

​TANAP və Kırşehir vilayəti arasında protokol imzalanacaq Sənəd həmin vilayətdəki infrastrukturun bərpasını nəzərdə tutur
Energetika
11 Fevral , 2016 12:45
​TANAP və Kırşehir vilayəti arasında protokol imzalanacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Kırşehir vilayətinin rəhbərliyi Trans-Anadolu Boru Kəmərinin (TANAP) çəkilməsi ilə məşğul olan "TANAP Doğalgaz İletim A.Ş." şirkəti ilə protokolun imzalanmasına dair qərar qəbul edib. "Report" xəbər verir ki, bu barədə Kırşehir vilayətinin ümumi məclisinin rəhbəri Şuayip Soysal yazılı açıqlama yayıb.

Ş.Soysalın sözlərinə görə, protokol həmin vilayətdəki infrastrukturun bərpası ilə bağlı məsələləri əhatə edir: "Protokol çərçivəsində "TANAP Doğalgaz İletim A.Ş." vilayətin sərhədləri daxilində TANAP-ın çəkilməsi zamanı dağıdılan yolların, su və kanalizasiya xətlərini bərpa edərək yenidən əvvəlki vəziyyətə qaytaracaq".

Son xəbərlər

Orphus sistemi