TANAP meşədəki yanğının evlərə yayılmasının qarşısını alıb

TANAP meşədəki yanğının evlərə yayılmasının qarşısını alıb Türkgözü kəndinin meşə ərazisində yanğın baş verib
Energetika
19 Fevral , 2016 15:25
TANAP meşədəki yanğının evlərə yayılmasının qarşısını alıb

Bakı. 19 fevral. REPORT.AZ/ Türkiyənin Ardahan şəhərinin Posof qəsəbəsinin Gürcüstan sərhədinə yaxın Türkgözü kəndinin meşə ərazisində yanğın baş verib. Trans-Anadolu Boru Kəməri (TANAP) çərçivəsində meşə ərazisində çəkilən yol yanğının evlərə yayılmasının qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

"TANAP çərçivəsində meşə ərazisi iki hissəyə bölünməsəydi, yanğın Türkgözü kəndindəki evlərə yayıla bilərdi. TANAP və İcra Nümayəndəliyindən gələn texnika ilə yanğını söndürdük", - deyə kənd sakinləri bildiriblər.

Yanğın elektrik naqillərinin qırılması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi