Bakı. 28 iyul. REPORT.AZ/ Trans-Anadolu boru kəməri (TANAP) layihəsi çərçivəsində boruların düzülməsi işləri davam etdirilir. TANAP-dan verilən açıqlamaya əsasən, boruların depo yerlərinin mənbə ilə əlaqələndirilməsi üçün təxminən 10 ton ağırlığında və 12 metr uzunluğunda olan boruların inşaat yerinə nəqli davam etdirilir.
"Report"un verdiyi xəbərə görə, təxminən 4,5 ay əvvəl baş tutan təməlqoyma mərasimi ilə başlayan inşaat işlərində daha bir mərhələnin geridə qaldığı deyilən açıqlamada 1 850 km-lik boru xəttinin 56 düym diametrindəki hissəsində marşrutun açılması ilə "stringing" adlandırılan boruların düzülməsi və hamarlanması işlərinin eyni vaxtda davam etdiyi qeyd olunub.
Azərbaycanın