​TANAP kəməri üçün nəzərdə tutulan ilk borular inşaat ərazisinə gətirilib

​TANAP kəməri üçün nəzərdə tutulan ilk borular inşaat ərazisinə gətirilib "Borusan Mannesmann" bütün təchizat işlərini 2017-ci ilə qədər bitirməyi planlaşdırır
Energetika
17 İyun , 2015 11:27
​TANAP kəməri üçün nəzərdə tutulan ilk borular inşaat ərazisinə gətirilib

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanda hasil olunan təbii qazın Türkiyə üzərindən Avropaya çatdırılmasını nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin təchizatçılarından olan "Borusan Mannesmann" (Türkiyə-Almaniya) şirkəti artıq işə başlayıb.

"Report" xəbər verir ki, şirkət artıq apreldə boruların istehsalına başlayıb və bu günlərdə layihənin start götürəcəyi Ankara şəhərinin Polatlı bölgəsinə malın ilk partiyasını çatdırıb.

Neft və qazın nəqli üçün borular istehsalında qərbin şirkət və təşkilatları ilə əməkdaşlıq edən "Borusan Mannesmann" TANAP layihəsi üçün nəzərdə tutulan bütün təchizat işlərini 2017-ci ilə qədər bitirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi