​TANAP-ın boruları avqustda birləşdiriləcək

​TANAP-ın boruları avqustda birləşdiriləcək "Tekfen İnşaat"ın baş direktoru L.Kafkaslı: "Layihənin 5%-ni bizim şirkət görəcək"
Energetika
15 İyun , 2015 11:39
​TANAP-ın boruları avqustda birləşdiriləcək

Bakı. 15 iyun. REPORT.AZ/ Bakı Olimpiya Stadionunun inşaat işlərini reallaşdıran Türkiyənin "Tekfen İnşaat" şirkəti Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində boruların birləşdirilməsini həyata keçirəcək. "Report" xəbər verir ki, bunu Türkiyənin "Doğan" xəbər agentliyinə müsahibəsində "Tekfen İnşaat"ın baş direktoru Levent Kafkaslı deyib.

TANAP layihəsi çərçivəsində boruların birləşdirilməsi işlərinə artıq avqust ayından etibarən başlanacağını deyən L.Kafkaslı "Şahdəniz" layihəsinin ikinci fazası çərçivəsində təbii qazın hasil olunduğu platformasını da onların inşa etdiklərini bildirib. 

"TANAP layihəsi sürətlə davam etdirilir. Artıq komandamız ərazidədir və borular da əraziyə gətirilib. Avqustda qaynaq işlərinə başlayacağıq. Bu vaxta qədər 3 neft platforması inşa etmişik. İndi isə eyni vaxtda iki qaz platforması inşa edəcəyik. Bu bizimçün bir yenilikdir. Həmçinin qazın işlənəcəyi yerüstü platforma da inşa edəcəyik. İmzaladığımız müqavilələr 40 mlrd. dollarlıq layihənin təxminən 2 mlrd. dollarlıq hissəsini yaxud 5%-ni təşkil edir. İnşaat işlərini aparacaq konsorsiumda Britaniyanın AMEC şirkəti, "Tekfen" və "Tekfen"lə SOCAR-ın ortaq şirkəti olan "Azfen"  təmsil olunub", - deyə L.Kafkaslı qeyd edib.

Son xəbərlər

Orphus sistemi