​TANAP-ın 850 km-lik hissəsi tamamlanıb

​TANAP-ın 850 km-lik hissəsi tamamlanıb Boruların 20%-i Çində, digər hissəsi isə Türkiyədə istehsal edilib
Energetika
14 Yanvar , 2016 16:19
​TANAP-ın 850 km-lik hissəsi tamamlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Trans-Anadolu boru kəmərinin (TANAP) inşası üzrə işlər tam sürətlə gedir və artıq boruların 850 km-lik hissəsinin istehsalı tamamlanıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, boruların 20%-i Çində, digər hissəsi isə Türkiyədə istehsal edilib. Kəmər Türkiyə enerji şəbəkəsinə Eskişehir və Trakyada olan qaz ötürülməsi stansiyaları vasitəsilə birləşəcək.

Cənub Qafqaz Kəməri (SCP) və Trans-Adriatik boru kəməri (TAP) ilə birləşəcək TANAP-ın ümumi uzunluğu 1 850 km-dir ki, onun da 19 km-lik hissəsi Mərmərə dənizinin dibindən keçəcək.

Qeyd edək ki, istifadəyə verildiyində illik 16 mlrd. kubmetr tutuma malik olacaq kəmər vasitəsilə ötürülən qazın 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə TAP vasitəsilə Avropa ölkələrinə satılacaq.

Xatırladaq ki, TANAP-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 58%, BP 12%, Türkiyənin "BOTAŞ" şirkəti isə 30% paya malikdir.

Son xəbərlər

Orphus sistemi