Süleyman Qasımov: "​SOCAR-ın borcu şirkətə heç bir problem yaratmır"

Süleyman Qasımov: "​SOCAR-ın borcu şirkətə heç bir problem yaratmır" SOCAR ötən il Türkiyədəki layihələr üzrə 1 mlrd. dollardan çox borc qaytarıb
Energetika
27 Aprel , 2016 15:06
Süleyman Qasımov: ​SOCAR-ın borcu şirkətə heç bir problem yaratmır

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi borcu 6,3 mlrd. ABŞ dolları təşkil edir. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər Avropa Klubunun üzvləri ilə bu gün keçirdiyi görüşdə bildirib. 

"Bu borclar həssaslıqla idarə olunur. Bu il qaytarılan borclarımızın həcmi o qədər böyük deyil. AÇG-dən payın alınması, Bakı Gəmiqayırma Zavodunun tikintisi ilə bağlı Dövlət Neft Fondundan borc alınıb. Beynəlxaq Banka olan borc da var, onun da bir hissəsi şirkətin öz gəliri hesabına, digər hissəsi isə dövlət vəsaiti hesabına, 10 il müddətə qaytarılan borcdur", - deyə vitse-prezident əlavə edib.

S.Qasımovun sözlərinə görə, SOCAR ötən il Türkiyədəki layihələr üçün Türkiyə şirkətlərinə olan 1 mlrd. dollardan çox borc qaytarıb. Şirkət rəsmisi xatırladıb ki, bu ilin əvvəlinə isə bondlarla bağlı 400 mln. dollar həcmində borc qaytarılıb: "Borclar daim idarə olunur və şirkətə heç bir problem yaratmır".

Son xəbərlər

Orphus sistemi