Stasionar dəniz özülləri üçün Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi hazırlanıb

Stasionar dəniz özülləri üçün Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi hazırlanıb ƏMTQ sənədi hazırlanarkən ictimai rəy öyrənilib, layihə ilə əlaqədar müzakirələr aparılıb
Energetika
17 Mart , 2015 21:06
Stasionar dəniz özülləri üçün Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi hazırlanıb

Bakı. 17 mart. REPORT.AZ/ Ekologiya İdarəsi “Abşeronneft” NQÇİ-nin istismarında olan “Qərbi Abşeron” yatağında 20 saylı Stasionar Dəniz Özülünün tikintisi və istismarı dövrü üçün Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədini hazırlayıb.

"Report"un məlumatına görə, ƏMTQ sənədi hazırlanarkən ictimai rəy öyrənilib, layihə ilə əlaqədar müzakirələr aparılıb, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması məqsədilə ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə Ekologiya İdarəsinin nümayəndələri təqdimatla çıxış edib, hazırlanmış sənədin məqsədi, layihə ərazisində həyata keçirilən ilkin ekoloji tədqiqatlar, flora və fauna, ekoloji həssas ərazilər, layihənin icrası zamanı ətraf mühitə potensial təsirlər, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat veriblər. 

20 saylı Stasionar Dəniz Özülünün tikintisi və istismarı dövrü üçün hazırlanmış ƏMTQ sənədi ilə yanaşı, N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Bulla-Dəniz” yatağında 122 saylı Stasionar Dəniz Özülünün və 28 May NQÇİ-nin istismar etdiyi “Günəşli” yatağında 7 saylı Dərin Dəniz Özülünün tikintisi və istismarı dövrü üçün hazırlanıb. 

ƏMTQ sənədləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılaraq layihənin sifarişçisi olan “Azneft” İB-nə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi