SOCAR Yunanıstan hökumətindən əsaslandırma gözləyir - ƏLAVƏ OLUNUB

SOCAR Yunanıstan hökumətindən əsaslandırma gözləyir - ƏLAVƏ OLUNUB DESFA-nın özəlləşdirilməsi ilə bağlı tender prosesinə zidd hərəkət olub, əvvəldən danışılmış qaydalar pozulub
Energetika
5 Sentyabr , 2016 10:57
SOCAR Yunanıstan hökumətindən əsaslandırma gözləyir - ƏLAVƏ OLUNUB

İlk xəbər 10:23-də dərc olunub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın özəlləşdirilməsi ilə bağlı tender prosesinə zidd hərəkət olub, əvvəldən danışılmış qaydalar pozulub. "Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, hazırda SOCAR Yunanıstan hökumətindən əsaslandırma gözləyir.

***

"Dəyişdirilmiş qayda ilə DESFA-nın qiyməti iki dəfə aşağı olmalıdır. Əgər gəlirlilik aşağı salınıbsa, şirkətin qiyməti də əvvəlki qiymət olmamalıdır. Hazırda Yunanıstan hökuməti ilə danışıqlar aparılır", - deyə SOCAR prezidenti bildirib.

Onun sözlərinə görə, danışıqlarda SOCAR-la yanaşı İtaliyanın "Snam" şirkəti də iştirak edir.

SOCAR-ın DESFA-nın alınmasından imtina edib-etməyəcəyinə gəlincə isə R.Abdullayev qeyd edib ki, SOCAR tenderdə qalib gəlib və imtina etməyəcək: "Biz sona qədər öz haqqımızı qoruyacağıq", - deyə o əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. İtaliyanın "Snam" şirkəti 17%-in alınmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi