​SOCAR yeni qurğunun alınması üçün tender keçirir

​SOCAR yeni qurğunun alınması üçün tender keçirir Satınalma müqaviləsinin 80 təqvim günü yerinə yetirilməsi tələb olunur
Energetika
9 Avqust , 2016 12:34
​SOCAR yeni qurğunun alınması üçün tender keçirir

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi odorant qurğusuna olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edib. Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi sentyabrın 2-dək, müsabiqə təklifi isə sentyabrın 9-dək təqdim olunmalıdır.

Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 300 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını ödədikdən sonra elektron və ya çap formasında həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Satınalma müqaviləsinin 80 təqvim günü yerinə yetirilməsi tələb olunur. Zərflərin açılışı sentyabrın 9-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi