​SOCAR yanğınsöndürmə balonlarının alınması üçün tender elan edib

​SOCAR yanğınsöndürmə balonlarının alınması üçün tender elan edib Satınalma müqaviləsi 2016-cı il ərzində veriləcək qrafikə uyğun yerinə yetirilməlidir
Energetika
15 Avqust , 2016 10:19
​SOCAR yanğınsöndürmə balonlarının alınması üçün tender elan edib

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) strukturuna daxil olan qurumların 2016-cı il üzrə yanğınsöndürmə balonlarının təmiri və təkrar doldurulmasına olan tələbatını ödəmək məqsədilə açıq satınalma müsabiqəsi elan edib. “Report”un Şirkətdən əldə etdiyi məlumata görə, müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci sentyabrın 8-i saat 17:30-a qədər təqdim olunmalıdır.

Bundan əlavə, tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər ƏDV daxil olmaqla 300 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqı ödəməlidir.

Müsabiqə təklifi sentyabrın 15-i saat 10:30-a qədər təqdim olunmalıdır və zərflər də həmin tarixdə açılacaq.

Satınalma müqaviləsi 2016-cı il ərzində veriləcək qrafikə uyğun yerinə yetirilməlidir.

Son xəbərlər

Orphus sistemi