​SOCAR: "Yanacaq Paylama Kalonkalarının vəziyyəti yoxlanılıb və standartdan kənar heç nə aşkar edilməyib"

​SOCAR: "Yanacaq Paylama Kalonkalarının vəziyyəti yoxlanılıb və standartdan kənar heç nə aşkar edilməyib" "Koroğlu" stansiyası yaxınlığında yerləşən həmin YDM-də dövlət standartlaşma komitəsi də yoxlamalar aparıb
Energetika
29 Mart , 2015 15:59
​SOCAR: Yanacaq Paylama Kalonkalarının vəziyyəti yoxlanılıb və standartdan kənar heç nə aşkar edilməyib

Bakı. 29 mart. REPORT.AZ/ "Artıq bu olayla bağlı tədqiqatlara başlanılıb. YPK-ların (Yanacaq Paylama Kalonkaları) vəziyyəti yoxlanılıb və standartdan kənar heç nə aşkar edilməyib". Bunu "Report"a SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) sürücülərin aldadılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən "SOCAR Petroleum"un informasiya texnologiyaları şöbəsinin rəisi Namiz Məmmədov deyib.

N.Məmmədovun sözlərinə görə, Sabunçu rayonunda metronun "Koroğlu" stansiyası yaxınlığında yerləşən həmin YDM-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də yoxlamalar aparıb:

"Həmin məsələdən bir neçə gün öncə də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu YDM-də yoxlamalar aparılmışdı və standartlara uyğun olduğu qeydə alınmışdı. İndi sürücünün iddiası ilə bağlı məsələlərə baxılır. Araşdırmaların sonunda mediaya məlumat veriləcək".

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birində (YDM) sürücülərin aldadılması və 65 litr tutumu olan yanacaq çəninə 72 litr benzin vurulması ilə bağlı fikirlər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi