SOCAR və "Transneft" Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair razılığa gəlib

SOCAR və "Transneft" Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair razılığa gəlib Müqavilə bir neçə günə imzalanacaq
Energetika
25 Fevral , 2016 14:14
SOCAR və Transneft Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair razılığa gəlib

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın "Transneft" şirkəti arasında 2016-cı il üzrə Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə Rusiya ərazisindən nəqlinə dair razılığa gəlinib. Bu barədə "Report"a SOCAR-dan bildirilib.

Şirkətdən bildirilib ki, müqavilə bir neçə günə imzalanacaq.

Qeyd edək ki, Azərbaycan nefti 1997-ci ildən Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərin ümumi uzunluğu 1 330 km-dir. 2015 -ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,2 mln. ton, 2014-cü ildə 1 mln. ton, 2013 -cü ildə 1,75 mln. ton neft nəql olunub. 2016-cı ildə isə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. ton neft nəqli nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi