​SOCAR və "PetroVietnam" əməkdaşlıq proqramının layihəsini hazırlayır

​SOCAR və "PetroVietnam" əməkdaşlıq proqramının layihəsini hazırlayır Tərəflər birgə istehsal, logistika və sıxılmış qazın satışı ilə bağlı danışıqlar aparıb
Energetika
28 Aprel , 2015 12:55
​SOCAR və PetroVietnam əməkdaşlıq proqramının layihəsini hazırlayır

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti ilə "PetroVietnam" Neft-Qaz Korporasiyası arasında qarşılıqlı əməkdaşlığa dair müvafiq proqramın layihəsi hazırlanır. "Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"PetroVietnam" şirkətində çalışan mütəxəssislərin 50%-i Bakıda tələbə olub. Şirkət Azərbaycanda da iş görmək arzusundadır və bizə də Vyetnamda işləməyi təklif edir. Onlarla birgə əməkdaşlıq qurmağa hazırlaşırıq, artıq əlaqələr qurulub. Bakı Ali Neft Məktəbi və SOCAR-ın layihə institutu Vyetnamda layihələr işləyib. Daha geniş əməkdaşlıq üçün isə proqram hazırlanır", - deyə R.Abdullayev əlavə edib.

SOCAR rəhbəri qeyd edib ki, şirkətlər arasında qarşılıqlı əməkdaşlıq hər iki tərəfin marağına səbəb olacaq adekvat təkliflər üzrə həyata keçiriləcək: "Biz onlara nə təqdim etsək, onlar da bizə eyni səviyyədə iş təklif edəcəklər. Bu artıq birtərəfli deyil, ikitərəfli əməkdaşlıq olacaq. Birgə istehsal, logistika və sıxılmış qazın satışı ilə bağlı danışıqlar aparmışıq. İnanırıq ki, tez bir zamanda bunu həyata keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi