SOCAR və BP arasında əməkdaşlıq üçün gələcək planlar müzakirə olunub

SOCAR və BP arasında əməkdaşlıq üçün gələcək planlar müzakirə olunub ​SOCAR-ın ekologiya üzrə vitse-prezidenti BP-nin nümayəndələri ilə görüşüb
Energetika
4 İyun , 2015 13:31
SOCAR və BP arasında əməkdaşlıq üçün gələcək planlar müzakirə olunub

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə "BP AGT"-nin Midstrim Əməliyyatları üzrə vitse-prezidenti Kreyq Viqqzi qəbul edib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, görüş zamanı iki şirkət arasında ekoloji sahədə mövcud əməkdaşlıq məsələləri, birgə layihələr, GGFR təşkilatının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsü və Tullantı Mərkəzinin genişləndirilməsi üçün davam edən işlər haqqında müzakirələr aparılıb. 

Eyni zamanda, SOCAR və BP şirkətləri arasında ekoloji sahədə əməkdaşlıq üçün gələcək planlar da müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi