​SOCAR Ukraynanın Xarkov vilayətində ilk yanacaqdoldurma məntəqələrini açıb

​SOCAR Ukraynanın Xarkov vilayətində ilk yanacaqdoldurma məntəqələrini açıb Burada əlillərin rahat hərəkət etməsi üçün hər cür şərait yaradılıb
Energetika
27 Yanvar , 2015 17:29
​SOCAR Ukraynanın Xarkov vilayətində ilk yanacaqdoldurma məntəqələrini açıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xarkov vilayətində də üç yanacaqdoldurma məntəqəsi açılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Əhalisinin sayına görə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda “SOCAR” YDM-lərində Polşa, Litva və Belarusda istehsal olunmuş Avro-5 standartına uyğun yanacaq növləri - Аİ-92, Аİ-95, Aİ-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı reallaşdırılır. Burada müştərilər nağd, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları vasitəsilə ödəniş edə bilərlər. Müxtəlif xidmətlər, o cümlədən Wi-Fi, mobil telefonların enerji təminatı pulsuzdur. Ukraynanın digər şəhərlərində olduğu kimi, Xarkovdakı “SOCAR” YDM-ləri də “Handicapfriendly” prinsipi ilə işləyir. Burada əlillərin rahat hərəkət etməsi üçün hər cür şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi