SOCAR Ukraynada yanacaqdaşıyan maşınların sayını artırır

SOCAR Ukraynada yanacaqdaşıyan maşınların sayını artırır Bu, SOCAR-ın son 4 ayda aldğı ikinci yük maşınıdır
Energetika
1 Aprel , 2016 13:51
SOCAR Ukraynada yanacaqdaşıyan maşınların sayını artırır

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Odessadakı (Ukrayna) biznesi üçün mayeləşdirilmiş qaz daşıyan "Scania" markalı yük maşını alıb.

"Report"un "Autoconsulting.com.ua" saytına istinadən xəbər verir ki, bu, SOCAR-ın son 4 ayda aldığı analoji ikinci yük maşınıdır.

"Everlast" şirkətinin sisternləri ilə "Scania" avomobilləri 45 kubmetr həcmində qazı Ukrayna ərazisində daşıya biləcək.

Qeyd edək ki, SOCAR 2015-ci ilin ikinci yarısından maye qazın topdan satışı üzrə daha aktiv fəaliyyət göstərməyə başlayıb. SOCAR-ın avtomobil parkında həm də "Scania" markalı benzin daşıyan maşın var.

Son xəbərlər

Orphus sistemi