Bakı. 5 oktyabr. REPORT.AZ/ Ukraynanın "A-95" konsaltinq qrupu Ukraynada maye qazla işləyən mühərriyi olan avtomobillərin sayının artdığını açıqlayıb. "Report"un "OilNews"a istinadən verdiyi xəbərə görə, ekspertlər qaza keçən sürücülərin sayının daha çox ola biləcəyini qeyd edirlər.
Məlumata görə, hesablamalar əsas qaz satışı şəbəkələrində satış həcminin dəfələrlə artdığını göstərir.
"Privat" şəbəkəsi ("Ukrnafta", "Ukrtatnafta", "Avias" və ANP) yayın sonuncu ayında 11,8 min ton qaz satıb ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 17% çoxdur.
Hesabata görə, bəzi qazdoldurma stansiyalarında nağd və çeksiz qaz satılır. Onlar arasında "Marshal", "Bars 2000" və s. adı var.