"SOCAR Turkey" üçün yeni ofis binası alınıb

"SOCAR Turkey" üçün yeni ofis binası alınıb "Vadistanbul Bulvar"da yerləşən ofisi SOCAR 10 illik kredit müqaviləsi çərçivəsində 75 mln. dollara alıb
Energetika
6 Yanvar , 2015 20:01
SOCAR Turkey üçün yeni ofis binası alınıb

Bakı. 6 yanvar. REPORT.AZ/ "SOCAR Turkey" şirkəti strukturuna daxil olan qurumları vahid mərkəzdə toplamaq məqsədi ilə yanvarın 6-da İstanbulun yeni yaşayış və iş mərkəzi olan "Vadistanbul"da sahəsi 19 min kv/ metr olan bir blokun alınması haqqında müqavilə imzalayıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən, yeni bina 2016-cı ilin martında təhvil veriləcək, bundan qısa müddət sonra isə “SOCAR Turkey” özünün yeni mərkəzinə köçəcək.

İmzalanma mərasimində çıxış edən “SOCAR Turkey”in baş icraçı direktoru Kənan Yavuz seçimlərinin səbəbini açıqlayıb: “Türkiyədə 20 mlrd. dollarlıq investisiya portfelini idarə edən və sürətlə böyüyən şirkətimizin ehtiyaclarını təmin edə biləcək mərkəzi idarəetmə binası üçün seçim apararkən yalnız bu günü deyil, sabahı da düşünərək hərəkət etdik. Gələcəkdəki ehtiyaclarımızı da planlaşdıraraq “Vadistanbul Bulvar”ı seçdik. Hazırkı ofisimiz şirkətimizin ehtiyaclarını ödəmək üçün yetərsiz olduğundan, müxtəlif binalarda kirayənişin kimi həyata keçirdiyimiz fəaliyyəti vahid mərkəzdə toplamaqla məsrəfləri azaltmaq, məhsuldarlığı artırmaq niyyətindəyik. Yeni binanı “Odeabank” ilə iki il ödəniş aparmamaq şərti ilə 10 il müddətinə götürdüyümüz kredit hesabına maliyyələşdirəcəyik. Bu kredit əlverişli olmaqla yanaşı, SOCAR-ın Türkiyədə icra etdiyi layihələrə bəslənilən yüksək etimadın göstəricisidir. Layihələrimiz sürətlə irəliləyərkən, şirkətlərimizin bütün funksiyalarının eyni mərkəzdə birləşdirməyin faydalı olacağına inanırıq. Etdiyimiz bu yatırımı əməkçilərin motivasiyasını yüksəldəcək bir vasitə olaraq görürük”. 

Məlumata görə, “SOCAR Turkey” İstanbulun Ayazağa səmtində həyata keçirilən “Vadistanbul Bulvar” layihəsinə daxil olan bloku “Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 mln. dollara alıb.

Son xəbərlər

Orphus sistemi