​SOCAR təyyarə yanacağının ixracını 20% artırıb

​SOCAR təyyarə yanacağının ixracını 20% artırıb Ötən il 236,5 min ton təyyarə yanacağı ixrac olunub
Energetika
5 Yanvar , 2016 20:11
​SOCAR təyyarə yanacağının ixracını 20% artırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2015-ci ilin dekabr ayında 91 315 ton dizel yanacağı, 8 52 ton təyyarə yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, 2014-cü ilin eyni ayı ilə müqayisədə dizel yanacağının ixracında 14%, təyyarə yanacağının ixracında 61% azalma müşahidə olunub.

Ötən ilin dekabr ayında 8 598 ton yüksək təzyiqli polietilen, 1 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 339 ton maye piroliz qətranı, 1 981 ton propilen və 2 400 ton butilen butadien fraksiyası ixrac edilib.

Ümumilikdə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində 965 788 ton dizel yanacağı, 236 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu ixrac olunub ki, dizel yanacağının ixracı 3% azalıb, soba mazutunun ixracı 57% azalıb, təyyarə yanacağının ixracı isə 20% artıb.

Hesabat dövründə SOCAR 8 598 yon yüksək təzyiqli polietilen, 1 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 339 ton maye piroliz qətranı, 1 981 ton propilen və 2 400 ton butilen butadien fraksiyası ixrac edib. 

2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 437,45 dollar, təyyarə yanacağının 362,95 dollar, dizel yanacağının 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti isə 164,85 dollar təşkil edib.

Dekabr ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 38,21 dollara, "Urals" nefti - 37,03 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 38,54 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi