SOCAR Supsa limanından neft ixracını 9% artırıb

SOCAR Supsa limanından neft ixracını 9% artırıb SOCAR 2014-cü ilin yanvar-oktyabr aylarında bu marşrutla 2,5 mln. ton neft ixrac edib
Energetika
4 Noyabr , 2014 13:05
SOCAR Supsa limanından neft ixracını 9% artırıb
Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-oktyabr aylarında Supsa limanından (Qara dəniz, Gürcüstan) 2,533 mln. ton neft ixrac edib. Ötən ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə Supsa limanından neft ixracı 9% artıb. Şirkətdən "Report"a bildirilib ki, təkcə oktyabr ayında SOCAR Supsa limanından 250,22 min ton Azərbaycan nefti nəql edib. 

Qeyd edək ki, 2013-cü ildə SOCAR Gürcüstan limanından 2,725 mln. ton neft ixrac edib.

Xatırladaq ki, Bakı-Supsa boru kəməri 1994-cü il sentyabr ayının 20-də SOCAR və başda BP olmaqla xarici şirkətlər qrupu arasında imzalanan məhsulun pay bölgüsü haqqında saziş çərçivəsində "Çıraq" yatağından hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. Belə ki, 21 düym (530 mm) diametrdə 775 km yeni boru kəməri və 55 km bərpa olunmuş boru kəməri daxil olmaqla, Bakı-Supsa boru kəmərinin uzunluğu 830 km təşkil edir. Kəmərin illik ötürmə gücü 7 mln. ton (gündəlik 140 min barel) neft təşkil edir. Boru kəmərinin operatoru BP şirkətidir.

Son xəbərlər

Orphus sistemi