SOCAR Supsa limanından neft ixracını 56% artırıb

SOCAR Supsa limanından neft ixracını 56% artırıb Yanvar-may ayları ərzində Supsa limanından 1 mln. tondan çox neft nəql olunub
Energetika
1 İyun , 2016 19:07
SOCAR Supsa limanından neft ixracını 56% artırıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin may ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 264 748 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu həcm ötən ilin may ayından 56% artıqdır.

Ümumilikdə, yanvar-may ayları ərzində Supsa limanından 1 040 947 ton neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 12% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi