SOCAR bu il Supsa limanından 1,6 mln. ton neft ixrac edib

SOCAR bu il Supsa limanından 1,6 mln. ton neft ixrac edib Ötən ay bu limandan 87 min ton neft ixrac olunub
Energetika
1 Sentyabr , 2016 18:10
SOCAR bu il Supsa limanından 1,6 mln. ton neft ixrac edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin avqust ayı ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) 87 177 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin avqust ayından 66% azdır.

Ümümilikdə, yanvar-avqust ayları ərzində Supsa limanından 1 578 922 ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən 15% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi