​SOCAR rəsmilərinin iştirakı ilə "Dəyişikliklərin idarə olunması" mövzusunda seminar keçirilib

​SOCAR rəsmilərinin iştirakı ilə "Dəyişikliklərin idarə olunması" mövzusunda seminar keçirilib Gələcəkdə də SOCAR-ın rəhbər işçiləri üçün bu tipli seminarların təşkili planlaşdırılır
Energetika
27 May , 2016 15:44
​SOCAR rəsmilərinin iştirakı ilə Dəyişikliklərin idarə olunması mövzusunda seminar keçirilib

Bakı. 27 may. REPORT.AZ/ Ötən gün Bakıda "Dəyişikliklərin idarə olunması" mövzusunda seminar keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, seminarın işində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, müəssisə və təşkilat rəhbərləri, eləcə də İnsan Resursları Departamentinin rəhbərliyi və kadrlar şöbələrinin rəisləri iştirak ediblər.

Seminarda strateji və təşkilati dəyişiklik, qlobal enerji şirkətlərinin üzləşdiyi çətinliklər, beynəlxalq enerji bazarı və enerji məkanının dəyişməsi, xarici ölkələrdə filialların yenidən qurulması ("E.ON Romania" timsalında), insan resursları prosesləri və sərbəstləşmənin idarə olunması, yeni struktur və biznes xidmətlərinin əsasının qoyulması, UNIPER şirkətinin bu istiqamətdə təcrübəsi, struktur dəyişiklikləri zamanı kadrlarn idarə edilməsi və s. kimi mövzular ətrafında müzakirələr aparılıb. 

Seminar "UNIPER SE"nin rəhbəri Keyt Martin (Keith Martin), Xəzər/Cənub regionu üzrə böyük vitse-prezident Mixael Hilmer (Michael Hilmer), aparıcı baş mühasib Filip Palada (Philipp Palada) və Roman Bobritçev (Roman Bobrichtchev) tərəfindən aparılıb. 

Gələcəkdə də SOCAR-ın rəhbər işçiləri üçün bu tipli seminarların təşkil olunması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi