SOCAR rəhbərliyi yaxın günlərdə DESFA məsələsi ilə bağlı Yunanıstana səfər edəcək

SOCAR rəhbərliyi yaxın günlərdə DESFA məsələsi ilə bağlı Yunanıstana səfər edəcək Hər iki tərəf məsələnin həll olunması üçün mümkün qədər tez görüşmək niyyətindədir
Energetika
22 Sentyabr , 2016 13:54
SOCAR rəhbərliyi yaxın günlərdə DESFA məsələsi ilə bağlı Yunanıstana səfər edəcək

Bakı.22 sentybar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi bu ayın sonunda Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın özəlləşdirilməsi çərçivəsində 66%-lik səhm paketinin alınması məsələsinin müzakirəsi üçün Yunanıstana səfər edəcək. 

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. 

"Bu məsələ ilə bağlı danışıqlar aparılır. Onlar da bu görüşü gözləyirlər. Yəqin ki, bu ayın sonunda Yunanıstan rəhbərliyi ilə görüş keçiriləcək. Mən də bu görüşdə iştirak edəcəm" - deyə R.Abdullayev qeyd edib. 

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avroluq təkliflə SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. "Snam" şirkəti 17%-lik səhm paketini əldə etməkdə maraqlı olduğunu bəyan edib.

Bu ilin iyulunda Yunanıstanın energetika naziri Panos Skurletis ölkə qanunvericiliyinə DESFA-nın gələcək fəaliyyətinə birbaşa təsir edəcək bəzi dəyişikliklər təklif edib. Parlamentdə qəbul edilən bu dəyişiklik DESFA-nın dəyərini və gələcək mənfəətini dramatik şəkildə azaldır.

Son xəbərlər

Orphus sistemi