SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb

SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb Türkmənistan ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı dövlətlərarası razılığın əldə olunması istiqamətində işlər görülür
Energetika
18 Yanvar , 2016 17:46
SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində olub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkətin vitse-prezidentləri Rəhman Qurbanov, Xalik Məmmədov və Bədəl Bədəlov onlarla görüşüb, aparılan axtarış işləri haqqında onlara ətraflı məlumat veriblər. İtkin düşənlərin ailə üzvlərinin arzu və istəkləri dinlənilib, onların bütün sualları cavablandırılıb. Qeyd olunub ki, son cəsədlərin tapıldığı Türkmənistan Respublikası ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı dövlətlərarası razılığın əldə olunması istiqamətində zəruri olan müvafiq tədbirlər həyata keçirilir. İtkin düşən neftçilərin ailə üzvlərinin xahişi nəzərə alınaraq yanvar ayının sonunda onlarla daha bir görüşün keçirilməsi qərara alınıb.                               

Son xəbərlər

Orphus sistemi