SOCAR rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

SOCAR rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib Şirkət təmsilçiləri ümummilli liderin məzarı üzərinə çiçək dəstələri düzüblər
Energetika
12 Dekabr , 2015 17:20
SOCAR rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi, çoxminli kollektivinin təmsilçiləri ümummilli lider Heydər Əliyevin anım günündə ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Şirkətdən "Report"a verilən məlumata görə, SOCAR nümayəndələri ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi olan ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə çiçək dəstələri düzüblər.

Son xəbərlər

Orphus sistemi