SOCAR quruda axtarışları genişləndirir

SOCAR quruda axtarışları genişləndirir Xoşbəxt Yusifzadə: "Yenidən quruya qayıtmağı düşünürük və buna görə də Mezozoy çöküntülərində işlər aparırıq"
Energetika
16 Fevral , 2015 12:14
SOCAR quruda axtarışları genişləndirir

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin quru sahəsində perspektivli ərazilərdə potensial karbohidrogen ehtiyatlarını qiymətləndirmək niyyətindədir. "Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə SOCAR-ın jurnalistlər üçün keçirdiyi Qış Məktəbinin rəsmi açılışında çıxışı zamanı deyib: "Biz yenidən quruya qayıtmağı düşünürük və buna görə də quruda olan Mezozoy çöküntülərində işlər aparırıq".

Onun sözlərinə görə, bununla bağlı artıq 350 quyu qazılıb və işlər aparılır. 

X.Yusifzadə Azərbaycanda şist yataqlarının işlənməsinin də mümkün olduğunu bildirib.

BP-nin Azərbaycandakı fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı suallara aydınlıq gətirən X.Yusifzadə bu şirkətlə imzalanmış müqavilənin müddətinin hələ bitmədiyini deyib: "BP ilə müqaviləmiz var, onlara deyə bilmərik çıxın gedin. Bəziləri deyir ki, bu əməkdaşlıq olmasın. Lakin mən əməkdaşlığın davamının tərəfdarıyam".

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 2015-ci il üçün hasilat proqnozunun 32 mln. ton olduğunu deyən vitse-prezident bu yataqların ehtiyatının 900 mln. ton olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi