SOCAR quru sahədə seysmik-kəşfiyyat işləri aparıb

SOCAR quru sahədə seysmik-kəşfiyyat işləri aparıb SOCAR "Qazanbulaq-Ziyadxan" quru sahəsində 3D seysmik-kəşfiyyat işlərini tamamlayıb
Energetika
29 Oktyabr , 2014 08:48
SOCAR quru sahədə seysmik-kəşfiyyat işləri aparıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Qazanbulaq-Ziyadxan" quru sahəsində 3D seysmik-kəşfiyyat işlərini tamamlayıb. SOCAR-dan "Report"a verilən məlumata görə, seysmik kəşfiyyat "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Geofizika kəşfiyyatı" Geofizika və Geologiya İdarəsi tərəfindən aparılıb.

Həmin sahədə işlər onun geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi və zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə aparılır. Hazırda əldə olunan məlumatlar emal olunur. 

Qeyd edək ki, "Qazanbulaq-Ziyadxan" quru sahəsi Gəncə neft-qaz rayonunda yerləşir. Seysmik kəşfiyyat 100 kv. km sahədə aparılıb. Görülən tədbirlər axtarış-qazma işlərinin keçirilməsi üçün ən optimal istiqamətləri müəyyən etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi