SOCAR "Qərbi Abşeron"dakı özüldə abadlaşdırma işləri aparır

SOCAR "Qərbi Abşeron"dakı özüldə abadlaşdırma işləri aparır İşlərin 2016-cı ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur
Energetika
2 Noyabr , 2015 12:57
SOCAR Qərbi Abşerondakı özüldə abadlaşdırma işləri aparır

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündə abadlaşdırma işlərini davam etdirir.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, əldə edilən məhsulun avadanlıqlarla əlaqələndirilməsi və xəttə ötürülməsi məqsədi ilə həyata keçirilən abadlıq-quruculuq işləri zamanı indiyədək 20 saylı özüllə 57 saylı özül arasında 1 000 metrlik boru kəməri çəkilib, bir ədəd qazpaylayıcı batareya quraşdırılıb.

Bu ilin mart ayından başlanılmış işlərin 2016-cı ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi