​SOCAR Qərb marşrutu ilə neft ixracını artırıb

​SOCAR Qərb marşrutu ilə neft ixracını artırıb Bu il Bakı-Supsa boru kəməri ilə 1,864 mln. ton xam neft ixrac edilib
Energetika
1 Sentyabr , 2015 17:54
​SOCAR Qərb marşrutu ilə neft ixracını artırıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin avqust ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 254 422 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, limandan ixrac olunan xam neftin həcmi ötən ilin avqust ayından 5% artıq olub.

Ümumilikdə, cari ilin yanvar-avqust ayları ərzində Supsa limanından 1 864 059 ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi