​SOCAR qazma işlərini artırıb

​SOCAR qazma işlərini artırıb Bu ilin ilk yarısında 52 min metrdən çox qazma işi aparılıb
Energetika
5 İyul , 2016 11:56
​SOCAR qazma işlərini artırıb

Bakı. 5 iyul. REPORT. AZ/ Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 10 787 metr qazma işi həyata keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 9 839 metri istismara, 948 metri isə kəşfiyyata aid olub.

Ötən ay həyata keçirilən qazma işlərinin həcmi 2015-ci ilin müvafiq ayından 13% çox olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyun aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 53 280 metr qazma işi görülüb ki, bunun da 52 063 metri istismara, 1 217 metri isə kəşfiyyata aid olub.

İlin birinci yarısında həyata keçirilən qazma işlərinin həcmi isə ötən ilin müvafiq dövründən 0,3% azdır.


Bundan əlavə, iyun ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 26 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi