​SOCAR qazlaşdırma üçün əlavə kredit cəlb edəcək

​SOCAR qazlaşdırma üçün əlavə kredit cəlb edəcək Əlavə maliyyələşməyə tələbatın yaranması milli valyutanın devalvasiyası ilə bağlıdır
Energetika
2 İyun , 2016 10:31
​SOCAR qazlaşdırma üçün əlavə kredit cəlb edəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan ərazisində aparılan qazlaşdırma tədbirlərinin icrası ilə əlaqədar Mərkəzi Bankdan 472 mln. manat həcmində cəlb edilən vəsait istifadə olunub. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımov qeyd edib ki, milli valyutanın devalvasiyası ilə əlaqədar 198 mln. manat həcmində əlavə kreditləşmə üçün Nazirlər Kabinetinə müraciət edilib: "Bu vəsait ya Mərkəzi Bankdan, ya da Azərbaycan Beynəlxalq Bankından cəlb ediləcək".

Son xəbərlər

Orphus sistemi