​SOCAR qaz hasilatını 6% artırıb

​SOCAR qaz hasilatını 6% artırıb Bu ilin 8 ayında 4,5 mlrd. kubmetr qaz hasil olunub
Energetika
9 Oktyabr , 2015 10:30
​SOCAR qaz hasilatını 6% artırıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust ayları ərzində 4 580,8 mln. kubmetr təbii qaz hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, qaz hasilatı bu ilin 8 ayında ötən ilin müvafiq dövrünə nisbətən 7,7% azalıb.

Bu ilin 8 ayında hasil olunan qazın 603,4 mln. kubmetri avqust ayının payına düşüb.

Avqust ayında isə qaz hasilatı ötən ilin avqust ayına nisbətən 6,3% çox olub.

Son xəbərlər

Orphus sistemi