SOCAR "Qaradağ" yatağında yeni quyunun qazma işlərinə başlayıb

SOCAR "Qaradağ" yatağında yeni quyunun qazma işlərinə başlayıb Quyunun istismara verilməsindən sonra sutka ərzində 80 min kubmetr qaz hasil olunacaq
Energetika
23 Sentyabr , 2014 11:21
SOCAR Qaradağ yatağında yeni quyunun qazma işlərinə başlayıb
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeraltı qaz anbarı kimi istifadə olunan "Qaradağ" yatağında yeni quyunun qazılması işlərinə başlayıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, 482 saylı quyunun layihə dərinliyi 3 350 metr təşkil edir. Quyunun istismara verilməsindən sonra sutka ərzində anbara 80 min kubmetr qaz vurulacaq. Quyunun qazılması Yeraltı qaz anbarı İdarəsinin sifarişi ilə aparılır. 

Azərbaycanda iki yeraltı qaz anbarı var – "Qalmaz" və "Qaradаğ". "Qalmaz"  yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib.  "Qaradağ" yeraltı qaz anbarı 1954-cü ildə istismara verilib və Bakıdan 25 km cənub-şərqdə yerləşir.

Son xəbərlər

Orphus sistemi