SOCAR "Qalmaz" yatağında quyu istismara verib

SOCAR "Qalmaz" yatağında quyu istismara verib Quyunun sutkalıq hasilatı 630 min kubmetr qaz təşkil edir
Energetika
1 Oktyabr , 2014 08:43
SOCAR Qalmaz yatağında quyu istismara verib
Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeraltı qaz anbarı (YQA) kimi istifadə olunan "Qalmaz" yatağında 636 saylı quyunu istismara verib. 

"Report" SOCAR-dan verilən məlumata istinadən xəbər verir ki, hazırda quyunun sutkalıq hasilatı (anbara vurulması) 630 min kubmetr qaz təşkil edir. 

Qeyd edək ki, "Qalmaz" YQA Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. Ümumilikdə, SOCAR-ın balansında iki yeraltı qaz anbarı var - "Qalmaz" və "Qaradağ".

Son xəbərlər

Orphus sistemi