SOCAR prezidenti Yunanıstanın baş naziri ilə DESFA şirkətinin özəlləşdirilməsini müzakirə edib

SOCAR prezidenti Yunanıstanın baş naziri ilə DESFA şirkətinin özəlləşdirilməsini müzakirə edib Görüş zamanı TAP layihəsi ətrafında da fikir mübadiləsi aparılıb
Energetika
11 Noyabr , 2014 07:04
SOCAR prezidenti Yunanıstanın baş naziri ilə DESFA şirkətinin özəlləşdirilməsini müzakirə edib

Bakı. 11 noyabr. REPORT. AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti  Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin baş naziri Antonis Samarasla görüşüb.

"Report"un verdiyi məlumata görə, görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi