​SOCAR prezidenti "Samsung Engineering"in baş icraçı vitse-prezidenti ilə görüşüb

​SOCAR prezidenti "Samsung Engineering"in baş icraçı vitse-prezidenti ilə görüşüb Görüşdə Karbamid Zavodu layihəsinin icrası ilə bağlı məsələlər müzakirə olunub
Energetika
2 Mart , 2015 17:57
​SOCAR prezidenti Samsung Engineeringin baş icraçı vitse-prezidenti ilə görüşüb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Bakıda səfərdə olan "Samsung Engineering Co." şirkətinin (Cənubi Koreya) baş icraçı vitse-prezidenti, əməliyyatlar üzrə baş direktor və karbohidrogenlər üzrə biznes bölməsinin rəisi Sunq An Çoinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. 

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, R.Abdullayev SOCAR və "Samsung Engineering" arasında Karbamid Zavodu layihəsi çərcivəsində davam edən səmərəli tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. O, zavodun tikintisinin uğurla davam etdiyini vurğulayaraq, bundan sonrakı işlərin də müvəffəqiyyətlə nəticələnəcəyinə inandığını bildirib.

Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edən S.A.Çoi təmsil etdiyi şirkətin SOCAR-ın Karbamid Zavodunun tikintisində baş podratçı qismində iştirak etməsindən qürur duyduğunu söyləyib və şirkətin ölkədəki fəaliyyətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Görüşdə Karbamid Zavodu layihəsinin reallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi